!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Uşaqların sağlamlığı üçün BÖYÜK TƏHDİD: “Anormal çəki və piylənmənin əsas səbəbi…” - VİDEO

!Reklam – Yazi

11:52

“Uşaqların normadan artıq kalorili qidalar qəbul etməsi piylənmə prosesini daha da sürətləndirir”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında uşaqlarda müşahidə olunan artıq çəki və piylənmə probleminin səbəblərindən danışan tibb eksperti Rasif Bağırov deyib.

Onun sözlərinə görə, uşaqlarda piylənmə iki cür olur və vaxtında müdaxilə etməklə, bu problemi aradan qaldırmaq mümkündür:

“Uşaqlarda piylənməyə çox rast gəlinməsə də, bəzi uşaqların piylənmədən əziyyət çəkdikləri müşahidə olunur. Piylənmə əsasən, iki səbəbdən yarana bilər. Qidalanma ilə bağlı olan piylənmə uşaqların energetik və “fast-food” qidalarından çox istifadə etməsi nəticəsində baş verir.

Bu hallarda uşaqlarda normadan artıq çəki və piylənmə kimi hallar yaranır. Eyni zamanda, yaşlarına uyğun olmayan tərzdə hərəkətsizlik, normadan artıq kalorili qidaların qəbulu da piylənməyə gətirib çıxarır.

Endokrin hormonunun səbəb olduğu piylənməyə isə endokrin sistemin pozğunluğu, hipofiz vəzinin hormon ifrazının zəifləməsi səbəb olur. Endokrin piylənməni müəyyən prosedurlarla aradan qaldırmaq mümkündür”.

Ekspert vurğulayıb ki, uşaqların piylənməsinin qarşısını almaq üçün onlara 12-13 yaşına qədər hər hansı hormonal preparat vurulmamalıdır:

“Piylənmə gedən uşaqların müxtəlif idman hərəkətləri yerinə yetirmələri məsləhətdir. Çünki hərəkət zaman əzələlərə müəyyən impulslar daxil olur. Mərkəzi sinir sistemində bədənin inkişafı ilə bağlı mübadilə prosesinin gücləndirilməsi ilə bağlı müxtəlif boy hormonları var.

Belə ki, böyümə hormonu (somatotrop) və digər hormonlar ifraza başlayanda, uşaqlar yavaş-yavaş arıqlıyıb, əvvəlki formalarına düşə bilirlər. Bu cür hormonlar uşaqlarda təxminən 13-14 yaşından sonra aktiv ifraz olunmağa başlayır.

Hormon aktiv şəkildə ifraz olunanda artıq çəkili uşaqlar birdən-birə normal bədən quruluşunu almağa başlayırlar”.

Qeyd edək ki, ötən il Azərbaycanda 678 uşaqda ilk dəfə piylənmə aşkar edilib.

Gülşən Şərif
Fidan Məmmədli

www.yenicag.az

2496
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv