Uşaqlarını atan qadın 2 arvadından ayrılan kişi ilə qaçdı – Dəhşətli qətlin təfərrüatı

Bir neçə gün əvvəl Bakı şəhərinin Sabunçu rayonunda törədilmiş qətl hadisəsinin təfərrüatları üzə çıxıb.

Yenicag.az-a istinadən xəbər verir ki, Zabrat qəsəbəsində yerləşən avtoyuma məntəqəsində işləyən 32 yaşlı Murad Quliyev Qəbələ rayon sakini, 27 yaşlı Elnur Abdullayev tərəfindən qısqanclıq zəminində öldürülüb.

Məlumata görə, əvvəllər 2 dəfə evli olmuş və hər iki həyat yoldaşından boşanan Murad internet vasitəsilə 2 uşaq anası olan Qəbələ sakini ilə tanışlıq qurur. Gənc qadınla Murad arasında isti münasibətlər yaranıb və o, uşaqlarını Qəbələdə ataraq Bakıya gəlib. Burada Muradla həmin qadın 2 aya yaxın birgə yaşayıblar. Daha sonra onlar birgə Qəbələyə gediblər. Məqsəd isə qadının rəsmi nikahda olduğu şəxsdən boşanmaq üçün məhkəməyə müraciət etmək olub.

Lakin Qəbələdə olarkən qadının ailə üzvləri onun Muradla Bakıya qayıtmağına icazə verməyib və həmin şəxsin el adət-ənəsi ilə gəlməsini istəyib.

Bundan sonra Murad Quliyev Bakıya gəlib. Lakin o, qeyri-rəsmi münasibətdə yaşadığı qadınınailəsinin istədiyi kimi etməyib və onlarla əlaqəni tamamilə kəsib.

Bu səbbədən də qadının qardaşı Elnur Abdullayev özü ilə bıça götürərək Bakıya yola düşüb. O, paytaxtda 2 gün ərzində Muradı axtarıb və nəhayət onu Zabratda işlədiyi avtoyuma məntəqəsində tapıb. Gənc oğlan bacısını aldatmış şəxsə hücum edərək bıçaqla ona 10-dan artıq zərbə endirib. M.Quliyev aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib./publika/

COP29