Uzun müddətdir futbol oynamaq eşqini dilə gətirən əfsanəvi sprinter Useyn Bolt axır ki, arzusunu reallaşdırıb.
Yenicag.az xəbər verir ki, yamaykalı idmançı Norveçin “Stromqodset” klubunda debütünü gerçəkləşdirib.
O, Norveçin U-19 yığması ilə keçirilən matçın 71-ci dəqiqəsində meydana daxil olub və qapıya bir zərbə ilə yadda qalıb.