Useyn Bolt peşəkar futbolda debüt etdi – VİDEO

Yamaykalı sprinter Useyn Bolt peşəkar futbolda debüt edib.

Yenicag.az xəbər verir ki, o, bir müddət əvvəl müqavilə bağladığı Avstraliyanın “Sentral Kost Mariners” komandasının heyətində “Sentral Kost Selekt”ə qarşı oyunun 72-ci dəqiqəsində meydana buraxılıb.

Bolt bu oyunda qol vura bilməsə də, iki dəfə buna yaxın olub. Lakin o, həmin şansları boşa verib.

Qarşılaşma isə Boltun komandasının 6:1 hesablı qələbəsiylə başa çatıb.

Bolt yüngül atletika üzrə 11 dəfə dünya, 8 dəfə olimpiya çempionu olub. O, 100 metr (9,58 saniyə) və 200 metr məsafəyə (19,19) qaçış üzrə dünya rekordçusudur. Yamaykalı idmançı yüngül atletika karyerasını 2017-ci ildə başa vurub.

COP29