ÜST 7-14 avqustu maska taxılması həftəsi elan etdi

Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən 7-14 avqust maska taxılması həftəsi elan olunub.

Yenicag.az-ın məlumatına görə, ÜST bildirir ki, insanlar maska taxmaqla yalnız özlərini deyil, ətrafdakılarını da qoruyurlar. Bu həftə ərzində insanlar maska taxaraq foto və videolarını sosial şəbəkədə maskatax həşteqi ilə paylaşa və estafeti tanışlarınıza ötürə bilərsiniz.

ÜST bunu da qeyd edir ki, insanlar burnunu, ağzını örtmək şərtilə maska taxmalıdırlar. Lakin yalnız maska taxmaqla COVİD-19-dan qorunmaq mümkün deyil. Bunun üçün insanlar ara məsafəsi saxlamalı, kütləvi yığıncaqlardan uzaq olmalı, öskürəndə və asqıranda ağız və burunlarını tutmalı, əllərini təmiz saxlamalı, gigiyenik qaydalara əməl etməlidirlər.