!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ÜST açıqladı: Covid-19 daha 7 ölkəyə yayıldı

!Reklam – Yazi

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19-la bağlı son vəziyyəti açıqlayıb.

Yenicag.az xəbər verir ki, 7 mart 2020-ci il tarixinə olan məlumata əsasən, son 24 saat ərzində Kolumbiya, Müqəddəs Taxt-Tac, Peru, Serbiya, Bolqarıstan, Moldova və Toqoda koronavirus xəstəliyinə (COVlD-19) ilk yoluxma halları qeydə alınıb.

Təsdiqlənmiş yoluxma hallarının sayı 101 927 nəfərə çatıb ki, onlardan 3735-i yeni yoluxanlardır.

Virusun yayıldığı Çində isə son məlumata görə, 80 813 adam xəstəliyə yoluxub, onlardan 102 nəfəri son 24 saat ərzində xəstələnib.

Bu vaxta qədər Çində ümumilikdə 3073 ölüm halı qeydə alınıb ki, onlardan 28-i son 24 saat ərzində baş verib.

Çinin xaricində isə ümumilikdə 21 110 yoluxma halı qeydə alınıbsa, onlardan 3633 nəfəri son sutkada yoluxanlardır.

Cəmi 413 ölüm halı var ki, 78 nəfər son 24 saatda dünyasını dəyişib.

Dünya üzrə 93 ölkə və ya ərazidə yoluxma aşakarlanıb ki, onlardan 5-i son 24 saatda qeydə alınıb.

www.yenicag.az

997
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv