ÜST: Bir sutkada 16 minə yaxın insan koronavirusa yoluxdu

Dünyada koronavirusa yoluxanların sayı 209 min nəfəri ötüb.

Yenicag.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb.

Sutka ərzində dünyada 16 min 556 nəfərin koronavirusa yoluxduğu aşkarlanıb. Virusa yoluxanlardan yalnız 58 nəfəri Çində olub. Beləliklə, hazırda dünyada 209 min 839 nəfər koronavirusa yoluxub.

Sutka ərzində koronavirusa yoluxan 828 nəfər ölüb və dünyada koronavirusdan həyatını itirənlərin sayı 8 min 778 nəfərə çatıb.

Qeyd edək ki, ÜST koronavirusla bağlı hesabatını gündə bir dəfə açıqlayır. Hazırkı hesabat martın 19-u Bakı vaxtı ilə saat 03:00-ın məlumatıdır.