ÜST: COVİD-19-a yoluxanların sayı artır

Dünyada koronavirusa yoluxanların sayı artıb.

Yenicag.az “TASS”a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb.

Statistikaya görə, koronavirusa yoluxanların sayı 40 mindən çox artaraq 332 930-a, ölüm hallarının sayı isə 1727 nəfər artaraq 14 510-a çatıb.

Yoluxma hallarının əksəriyyəti Avropada qeydə alınıb.

COVID-19-a yoluxma və ölüm hadisələrinin ən kiçik sayı isə Afrikada qeydə alınıb: 990 yoluxma və 23 ölüm.

Daha üç yeni ölkədə virusa yoluxma aşkarlanıb.

 

 

COP29