ÜST-dən üçüncü dalğa XƏBƏRDARLIĞI

2021-ci ilin əvvəllərində Avropa üçüncü koronavirus dalğası ilə üzləşə bilər.

Yenicag.az xəbər verir ki, bu sözləri Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) xüsusi nümayəndəsi Devid Nabarro deyib.

O bildirib ki, Avropa ölkələri birinci dalğanı nəzarət altına almağı bacarsa da, ikinci dalğa ilə mübarizədə uğursuz olub:

“İndi isə ikinci dalğa var. Lazımi infrastrukturu indi qurmasalar, gələn ilin əvvəlində üçüncü dalğa baş verəcək”.