Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirus xəstəliyinə yoluxma hallarına dair martın 1-nə olan məlumatı açıqlayıb.
Yenicag.az xəbər verir ki, Azərbaycan, Ekvador, İrlandiya, Monako və Qətərdə koronavirus (COVlD-19) xəstəliyinə ilk yoluxma halları qeydə alınıb.
Təsdiqlənmiş yoluxma hallarının sayı:
Dünyada: 87 137 (1739 yeni)
Çində: 79 968 (579 yeni)
Ölüm halı: 2873 (35 yeni)
Çinin xaricində:
Yoluxma halı: 7169 (1160 yeni)
Ölkə: 58 (5 yeni)
Ölüm halı: 104 (18 yeni)
ÜST koronavirusla bağlı risk qiymətləndirilməsini Çində, regional və qlobal səviyyədə çox yüksək hesab edir.
Qeyd edək ki, son rəsmi məlumata görə, Azərbaycanda 3 nəfərdə koronavirusa yoluxma aşkarlanıb.