ÜST: Koronavirusla bağlı dünya STATİSTİKASI

Dünyada koronavirusdan ölənlərin sayı 105 952 nəfər təşkil edib. 

Yenicag.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

ÜST bildirib ki, bu günə kimi 1 696 588 nəfər koronavirusa yoluxub. Son bir gün ərzində 85 679 yoluxma hadisəsi qeydə alınıb, 6 262 insan ölüb.

Hazırda ən çox yoluxma Avropa regionunda qeydə alınıb. Köhnə qitədə 880 106 nəfər koronavirus daşıyıcısıdır.