Koronavirus insanlara uyğunlaşdı, lakin hələ də mutasiyaya davam edir.
Bu barədə ÜST-nin Rusiyadakı rəsmi nümayəndəsi Melita Vuinoviç bildirib.
Onun sözlərinə görə, COVID-19 varlığını davam etdirmək üçün mutasiyaya uğrayır.
“Avropa və Mərkəzi Asiyada qışın başlaması ilə koronavirusla birlikdə digər tənəffüs yolları patogenləri də yayılmağa başlayıb. COVID-19 hələ də geniş yayılıb və ağır xəstəliklərə səbəb olmaqda davam edir”, – deyə Vujnoviç qeyd edib.
O qeyd edib ki, xəstəxanaya yerləşdirilmə məlumatını ÜST-yə bildirən ölkələrin təxminən yarısı, xüsusən Finlandiya, İtaliya və Slovakiyada artan tendensiyaları göstərir.
“O, hələ də həyatımıza ziyan vurur”, – deyə Vujnoviç əlavə edib.
Mənbə: gazeta.ru