ÜST qızılca ilə bağlı təcili vaksinasiya çağırışı etdi

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2023-cü ilin yanvar-oktyabr ayları ərzində Avropa regionunda qızılcaya 30 mindən çox yoluxma halı qeydə alıb.

Yenicag.az bu barədə xarici KİV-lərə istinadən xəbər verir.

ÜST-nin Avropa ofisinin yaydığı xəbərdarlıqda ötən ilin ilk 10 ayı ərzində yoluxma hallarının bir il əvvələ nisbətdə 30 dəfə artdığı açıqlanıb. Təşkilat ölkələri təcili immunizasiya kampaniyaları aparmağa çağırıb.

ÜST-nin məlumatında qeyd olunub ki, xəstəliyə yoluxmaların kəskin artması qızılca peyvəndi vurulanların sayının azalması ilə əlaqəlidir.

COP29