Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusun mənşəyi ilə bağlı araşdırmaların dayandırılması ilə bağlı xəbərləri təkzib edib.
Yenicag.az xəbər verir ki, barədə ÜST-nin Mətbuat Xidməti məlumat yayıb.
Qeyd edək ki, bir müddət bundan əvvəl dünyanın bir sıra aparıcı kütləvi informasiya vasitələri ÜST-nin koronavirusun mənşəyi və ilkin yayılma ərazisi barədə əsaslı araşdırmaları dayandırdığını açıqlamışdı.