Usta ev sahibini qətlə yetirdi

Bakıda usta işlədiyi evin sahibini qətlə yetirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, yanvarın 21-də Xətai rayonu ərazisində yaşayan Vüqar Qasımovun evində təmir işləri aparan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Eldar Babayev münaqişə zəminində ev sahibini bıçaqla qətlə yetirib.

E. Babayev könüllü olaraq 37-ci Polis Bölməsinə gələrək istintaqa təslim olub.

Yenicag.az