!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ustanı iş yoldaşı bıçaqladı

!Reklam – Yazi

Sabunçu rayonu Maştağa qəsəbəsində bıçaqla hadisəsi baş verib. 40 yaşlı Sadıqov Elşən Telman oğlu bıçaqlanıb. O, 3 saylı xəstəxanaya gətirilib.

Yeniçağ.Az-ın məlumatına görə, hadisə barədə xəbər tutan Sabunçu rayon Polis idarəsinin 14-cü polis bölməsinin əməkdaşları araşdırmalara başalyıb. İlkin araşdırmalar zamanı Elşən Sadıqovun iş yoldaşı tərəfindən bıçaqlandığı müəyyən edilib. Hazırda həmin şəxsin tutularaq istintaqa təhvil verilməsi istiqamətində əməliyyat axtarış tədbirləri həyata keçirilir.

Faktla əlaqədar Cinayət məcəlləsinin 126.1 qəsdən sağlamlığa ağır zərərvurma maddəsi ilə cinayət işi başlanıb

Yeniçağ.Az

www.yenicag.az

553
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv