Vətəndaşlar ev alarkən müəyyən çətinliklərlə üzləşir. Son illər insanlar arasında “makler evləri” deyə tanınan və adından da göründüyü kimi maklerlər tərəfindən tikilib satılan evlərlə bağlı xeyli sayıda şikayət nəzərə çarpır. Bu cür evləri alanlar bir müddət sonra evdə müxtəlif problemlərin meydana gəldiyini, təmir, tikinti və kosmetik görünüşündə deformasiyalar yarandığını bildirir. Ənənəvi evlərdən olduqca ucuz qiymətə təklif olunan “makler evləri” zamanla sökülüb dağılır.
Mövzu ilə bağlı Yenisabah.az-a danışan daşınmaz əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı “makler evləri”nin keyfiyyətsiz olmasının səbəblərindən danışıb:
“Keyfiyyət və ucuz qiymət çox nadir hallarda bir-birini tamamlayır. Bir obyektin, evin çox ucuz qiymətə alternativi mövcuddursa, deməli ciddi bir problemi var. Bu da təbii ki, keyfiyyətlə bağlı olur. “Makler evləri”nin keyfiyyətsiz olmasının əsas səbəblərindən biri və əsas səbəbi kürsüsüz və müvafiq tikinti standartlarından kənar, kustar yolla inşa olunmasıdır. Əksər hallarda çöl divarların qalınlığı 1 daşdan ibarət hörülür. Bu cür evlərin tikintisində bir qayda olaraq ucuz tikinti materialları ilə yanaşı, bir çox hallarda ucuz işçi qüvvəsindən istifadə olunur. Nəticə etibarı ilə bu cür evlərin keyfiyyətsiz olmasına və istismarı zamanı müəyyən problemlərin yaranmasına gətirib çıxarır”.
Ekspert vətəndaşları bu cür evləri almaqdan çəkinməyə çağırıb.
“Maddi durumu aşağı olan və tez bir zamanda ev almaq ehtiyacı yaranan insanlar isə ucuz olması səbəbindən “makler evləri”nə müraciət edirlər. Lakin makler evləri heç bir komponentlərdə normal standartlara cavab vermir. Vətəndaşlara bu cür evlərdən uzaq durmağı tövsiyə edirəm. Söhbət əgər ucuzluqdan gedirsə, həmin evdən keyfiyyət gözləmək mümkünsüzdür”.