Baş Prokurorluqda ŞOK KADR DƏYİŞİKLİKLƏRİ

Baş Prokurorluqda ciddi kadr dəyişiklikləri baş verir.

Yenicag.az Bakıpost.az-a istinadən xəbər verir ki, Baş prokuror Kamran Əliyev birinci müavini Rüstəm Usubovun, müavin Namiq Əsgərovun, digər müavin, Baş Prokurorluğun Kadrlar İdarəsinin rəisi Nazim Rəcəbovun tutduqları vəzifədən azad olunmaları üçün Prezident İlham Əliyevə təqdimat göndərib.

Onlarla bağlı Prezidentin bu gün sərəncam verəcəyi gözlənilir.

İşdən çıxarılan şəxslərin ikisinin yerinə kimlərin təyin ediləcəyi də artıq məlumdur.

Baş Prokurorluğun mətbuat katibi Eldar Sultanov deyib ki, rəsmi sənəd olmadığından sözügedən məsələ ilə bağlı açıqlama verə bilməz.

COP29