Usubov polkovniki təqaüdə göndərdi – Yeni təyinat

Daxili İşlər naziri Ramil Usubov müvafiq əmri ilə Gədəbəy Rayon Polis Şöbəsinin rəisi polis polkovniki Məhərrəm Quliyev təqaüdə göndərilib və yerinə Mehman Zeynalov təyin olunub.

Yenicag.az xəbər verir ki, bu barədə Unikal.org-a şöbədən məlumat verilib.

Qeyd edək ki, M.Zeynalov bu təyinata qədər Mingəçevir Şəhər Polis şöbəsinin rəis müavini olub.