Usubov rəisi işdən çıxartdı

Zərdab Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin rəisi Rəşad Xəlilov vəzifəsindən azad edilib.

Yenicag.az-ın verdiyi məlumata görə, Daxili İşlər Naziri, general-polkovnik Ramil Usubov bununla bağlı müvafiq əmr imzalayıb.

Onun yerinə hələlik təyinat olmayıb.

Qeyd edək ki, bir müddət əvvəl Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin rəis müavini, polis mayoru Azər Əfəndiyev tutduğu vəzifədən azad edilərək Zərdab Rayon Polis Şöbəsinin rəisi təyin olunub./Report/