!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Uzanan müharibə, tükənən güc: Rusiya hansı halda məğlubiyyəti qəbullanacaq?

!Reklam – Yazi

“NATO və müttəfiqləri İkinci Dünya müharibəsindən sonra Yaponiya ilə Almaniyanı hansı hala salmışdısa, Rusiyanı da o vəziyyətə gətirmək istəyir”.

Bunu Rusiya-Ukrayna müharibəsi fonunda NATO-nun açıq mövqe ortaya qoymasını dəyərləndirən ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Elxan Şıxəliyev Yenicag.az-a açıqlamasında deyib.

Elxan Şıxəliyev bildirib ki, müharibələrin gedişatını taktiki uğurlarla qiymətləndirmək düzgün deyil:

“Rusiyanın taktiki uğuru operativ uğura keçsə, demək olar ki, Rusiya müharibənin gedişində vəziyyəti öz lehinə çevrilmiş hesab edə bilər. Taktiki uğur belədir ki, bu gün Rusiyadadır, bir həftədən sonra Ukraynada. Rusiya üç yüz gündən çoxdur davam edən müharibədən çıxardığı nəticə ondan ibarətdir ki, nizami ordu əvəzinə, “Vaqner” qruplarını işə salmağı qərarlaşdıra bildilər. Rusiya Baş Qərargahı düşünür ki, 40 minlik “Vaqner” qurupu ilə Ukraynadakı əməliyyat vəziyyətini öz tərəflərinə çevirə bilər. 40 minlik mərmi yemi olacaq “Vaqner” qrupunun fəaliyyəti böyük uğura gətirib çıxara bilməz. Ona görə ki “Ramştayn-8” görüşündən çox ciddi dəstək aldı. Hətta ABŞ və İngiltərinin müasir piyada döyüş maşınları, ABŞ-nin “Patriot” hava hücumundan müdafiə sistemi Ukraynaya veriləcək. İndiyə qədər bütün görüşlərdən bu həcmdə qərar çıxmırdı. “Ramştayn-8″in nəticəsi olaraq ABŞ Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri General Mark Milley dedi ki, 43 illik xidməti dövründə NATO-nun bu qədər yekdil olduğunu görməyib. Mark Milley Putinə çağırış etdi ki, Rusiyanın müharibə üzərindən qurulmuş strateji planlarının nə qədər yanlış olduğunu onlara göstərəcəklər.

Rusiyanın “qış kampaniyası” Ukrayna üçün ən ağır dönəm sayılırdı. Rusiya birinci əhalini infrastruktur üzərindən sıxışdırmaq istəyirdi. Buna, demək olar ki, nail olmadı. Bir az hava isinən kimi Ukraynada ərazilər keçilməz hala gəlir. Qar əriyəndən sonra orada rus əsgəri və texnikası hərəkət edə bilməyəcək. Əksinə, Ukraynanın ABŞ-dən və digər qərb ölkələrindən aldığı piyada döyüş maşını, transportyorlar həcmcə kiçikdir və hərəkət edə biləcək. Əslində, alınan bu silahlar hamısı hücum kampaniyasının elementləridir.

Görünür ki, bir hesab var. Bu hesab da Ukraynanın hesabı deyil. Bu Ramştayndakı 54 ölkənin qərarıdır. Bu o deməkdir ki, Pentaqonun və NATO-nun hərbi beyin mərkəzləri əməliyyatları planlaşdırırlar. Ukraynanın gücü də artır. Rusiyanın indi istifadə etdiyi mərmi sayını müharibənin ilk üç ayı ilə müqayisə etsək, üç dəfə azalıb. Demək ki, Rusiya da mərmilərini qənaətlə istifadə edir. Bu da o deməkdir ki, müharibənin uzun vədəli olmasından və mərmilərin bitməsindən qorxur. Rusiya silah sənayesi istehsalını üç qrafikli rejimə keçirib.

Rusiya fərqindədir ki, qarşısına çox ciddi güc aldı. Qarşı tərəf də deyir ki, Rusiya ilə döyüşürük.

Qarşı tərəf müharibəni uzun vədəli olmasını istəyir. Bu da Rusiya iqtisadiyyatını çökdürməyə hesablanıb. Qısa müddətdə müharibənin sonlanması Rusiyanın resurslarının tükənməsinə gətirib çıxarmaz. Uzun vədəli müharibə Rusiyanın iqtisadi resurslarını da tükədir.

Qərb Ukraynaya bilərəkdən birdəfəlik hərbi yardım etmir. Mərhələli şəkildə edilir ki, vaxt uzansın, Rusiyanın hətta səfərbərlik ehtiyatı da tükənsin. Elə etmək istəyirlər ki, Rusiya ordusu döyüş qabiliyyətini itirəcək, kapitulyasiyaya gedəcək dövlət halına gələcək. İkinci Dünya müharibəsindən sonra Yaponiya ilə Almaniyanı hansı hala salmışdısa, Rusiyanı da o vəziyyətə gətirmək istəyirlər. Bu da yaxın zamanda həll olacaq məsələ deyil. Faktiki olaraq müharibənin gedişatını NATO idarə edir”.

Səxavət Məmməd

www.yenicag.az

511
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv