Üzəri su ilə örtülü planet kəşf edildi

Alimlər günəşə bənzər ulduzun ətrafında fırlanan, üzəri okeanla örtülü ekzoplanet aşkar ediblər.

Yenicag.az xəbər verir ki, məlumatda, o, Yerdən 245 işıq ili məsafəsində yerləşir və nadir astronomik bir növün nümayəndəsidir.

TOI-733b adlandırılan planetin radiusu Yerdən iki dəfə böyükdür və Günəşdən bir qədər kiçik ulduzun ətrafında fırlanır. Onun rotasiya müddəti 4,9 gündür.

Planetin sıxlığının ölçülməsi onun ya atmosferini itirdiyini, ya da tamamilə okeanla örtülmüş bir dünya olduğunu göstərib.

Hələlik alimlər ekzoplanetin tərkibini müəyyən edə bilmirlər. Çox güman ki, bu dünya okeanla örtülüdür və atmosferi su buxarından ibarətdir.