Üzərində ibranicə yazılar olan piton dərisi ələ keçirildi – FOTO

Türkiyədə daha bir tarixi əsər qaçaqmalçılığının qarşısı alınıb.

Yenicag.az TRT-yə istinadən xəbər verir ki, Şanlıurfadan Karamana tarixi əsər gətirərək satmaq istəyən şəxs yaxalanıb.

Onun avtomobilinə baxış zamanı antik Misir dönəminə aid olduğu bildirilən üzərində ibranicə yazılar yazılmış 4 metr uzunluğunda piton dərisi aşkarlanıb.

Saxlanılan şəxs sorğudan sonra sərbəst buraxılıb və əsər aidiyyəti üzrə təhvil verilib.