Yunanıstanda üzərində “Qurani-Kərim” yazılan topların satışa çıxarılması müsəlmanlar tərəfindən etirazla qarşılanıb.
Yenicag.az Türkiyə mediasına istinadən xəbər verir ki, bundan sonra müftilik hərəkətə keçib və firma nümayəndələrinə məsələ ilə bağlı xəbərdarlıq edilib.
Xəbərdarlıqdan sonra topların istehsalı dayandırılıb, satışa çıxarılanlar isə geri qaytarılıb. Firma yazının xətadan qaynaqlandığını açıqlayıb.