!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Üzük taxmaq orqanizmə ziyanlı, yoxsa faydalıdır? - Təəccüblü faktlar

!Reklam – Yazi

Üzük taxmaq orqanizmə həm ziyan, həm fayda verə bilər. 

Kanzas Universitetinin (ABŞ) Tibb mərkəzinin mütəxəssisləri sübut edir ki, taxdığımız üzüklər sağlamlığımıza təsir edir. Məsələ burasındadır ki, barmaqlarımızda 80 qədər aktiv nöqtələr yerləşir.

Bu nöqtələrə təsir etməklə müxtəlif daxili orqanların fəaliyyətinə təsir etmək mümkündür.

Nişan üzüyün məhz adsız barmağa taxılması təsadüf deyil. Adsız barmağında olan aktiv nöqtələrin üzük vasitəsilə stimulyasiyası insanın seksual həyatına təsir edir, libidonu artırır.

Lakin mütəxəssislər xəbərdarlıq edir ki, nişan üzüyü barmağınızı sıxırsa, onu taxmaq olmaz. Bu orqanizmin cinisyyət funksiyasına mənfi təsir edir. Bu xüsusilə kişilərə aiddir.

Orta barmağa taxılan üzük ürək-damar və endokrin sistemləri ilə bağlı olan aktiv nöqtələrə təsir edir.

Çeçələ barmağa taxılan üzük isə mədə və bağırsaq işinə təsir edən nöqtələri stimullaşdırır.

Lakin alimlər qeyd edir ki, üzükləri daim taxmaq olmaz. Belə ki, çeçələ barmağınıza daim üzük taxırsınızsa, bu 12 barmaq bağırsağında pozulmalara səbəb ola bilər.

Nişan üzüyünüzü barmağınızdan çıxartmırsınızsa, bu cinsiyyət sistemində problemlər yarada bilər.

Mütəxəssislərdən üzüklərin taxılması ilə bağlı bəzi tövisyələr:

– üzükləri daim, hər gün taxmayın

– gecə yatmağa gedəndə üzükləri mütləq çıxardın

– bir barmağa bir neçə üzük taxmayın

– barmaqlarınızı sıxan üzükləri taxmayın

– hər gün müxtəlif üzükləri və müxtəlif barmaqlara taxın. Bununla siz bir çox aktiv nöqtələrə təsir edəcəksiniz./Saglamolun/

www.yenicag.az

7633
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv