Uzun müddət D vitamini qəbul edən kişi ÖLDÜ

 

Uzun müddət D vitamini qəbul edən kişi dünyasını dəyişib.

Yenicag.az xəbər verir ki, bu barədə “Business Insider” məlumat yayıb. Bildirilir ki, britaniyalı Devid Mitçener 9 ay D vitamini qəbul edib, bundan sonra qanında kalsiumun səviyyəsi kritik həddə çatıb.

Həkimlər 89 yaşlı xəstəni xilas edə bilməyiblər. Onun ölüm hesabatında artıq kalsium, D vitamininin toksik səviyyəsi, ürək və böyrək çatışmazlığı qeyd edilib.

Nəşrin məlumatına görə, kişi hiperkalsemiya ilə 2023-cü ilin mayında xəstəxanaya yerləşdirilib. Bu vəziyyətdə qanda kalsium səviyyəsi yüksəlir, bu da sümükləri zəiflədə bilər, həmçinin böyrək daşlarına və ürək problemlərinə səbəb ola bilər.

Qeyd olunur ki, D vitamini orqanizmin kalsiumu mənimsəməsinə kömək edir, buna görə də onun çox alınması kalsiumun yığılmasına səbəb ola bilər.

Həkimlər Mitçenerin D vitamini səviyyəsini yoxlayanda nəticələr onun laboratoriya tərəfindən qeydə alınan ən yüksək səviyyədə olduğunu göstərib.

Qeyd edək ki, D vitamini sağlam sümüklər, dişlər və əzələlər üçün vacibdir.
Yağlı balıqlarda, qırmızı ətdə, yumurta sarısında olur, lakin əsas mənbəyi günəş işığıdır.

Xuraman Etibarlı

COP29