Türkiyənin məşhur mafiya lideri, haqqında axtarış elan edilmiş Sedat Pekərin uzun müddət sonra görüntüsü yayımlanıb.
Yenicag.az xəbər verir ki, Pekərin şəklini sosial media hesabında həyat yoldaşı Özge Pekər paylaşıb.
Fotoda mafiya liderinin qızları ilə oyun oynadığı görülür.
Qeyd edək ki, haqqında müxtəlif iddialar səsləndirilən Sedat Pekər ötən il mayın 2-də “YouTube” hesabında yayımladığı ilk video ilə gündəm olmuşdu.
Bundan sonra davamlı videolar paylaşaraq ona şər atan şəxsləri ifşa edəcəyini, qanunsuz əməllərini gün üzünə çıxaracağını deyən Pekər Türkiyə siyasəti və ictimaiyyətini silkələməyi bacarmışdı.
Kanalında paylaşdığı 10-cu videodan – 2021-ci ilin iyunundan sonra videolara ara verən Pekər bir müddət “Twitter”dən paylaşımlarına davam etdi. Lakin yaşadığı Birləşmiş Ərəb Əmirliklərində tətbiq edilən sosial media qadağası onu bu məcradan da uzaqlaşdırdı.