!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Uzunömürlülüyün SİRRİ: 101 yaşlı kişidən ŞOK NÜANSLAR

!Reklam – Yazi

Böyük Britaniyada hazırda 101 yaşa qədəm qoyan Birminhem sakini Denzil Kuper sağlam qidalanma, xüsusilə gündəlik qəbul etmək üçün tövsiyə olunan beş porsiya meyvə-tərəvəz qaydası ilə bağlı fikrini bölüşüb.

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, Kuper bu qaydanın faydasının həddən artıq şişirdildiyini hesab edir. O, sağlam qidalanma tərəfdaşı olmadığı və demək olar ki, tərəvəz qəbul etmədiyinə baxmayaraq, bu yüksək yaşa qədər digər amillər sayəsində çata bilib.

D.Kuper İkinci dünya müharibəsi iştirakçısı olub və hava-desant qoşunlarında xidmət edib. Müharibədən sonra Kuper ailə qurub və nikahda 68 il yaşayıb. Onun üç qızı, doqquz nəvəsi və 14 nəticəsi var. Britaniyalı hesab edir ki, uzunömürlülük sağlam qidalanma ilə bağlı deyil. O, heç vaxt siqaret çəkməyib və çox az miqdarda spirtli içki qəbul edib, bu da onun uzunömürlülüyünün sirrlərindən biridir.

“Lakin mən tərkibində minimal miqdarda tərəvəz olan zərərli pəhrizdən həzz almışam. Sağlam qidalanmanın faydası həddindən artıq şişirdilib. Uzunömürlülüyünün ikinci sirri çətinliklər qarşısında təmkinli və sakit olmaqdan ibarətdir”, – deyə Kuper bildirib. Onun sözlərinə görə, məhz bu, onun uzun və xoşbəxt ömür sürməsinin amilidir.

www.yenicag.az

304
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv