!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Vəzifəli şəxslərə cinayət işi açıldı

!Reklam – Yazi

Bakı şəhərində qanunsuz ağac kəsməyə şərait yaradan vəzifəli şəxslər cinayət məsuliyyətinə cəlb olunub.

Baş Prokurorluğun Mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən qanunsuz ağac kəsməni rəsmiləşdirmək məqsədilə pul alan vəzifəli şəxslərin qanunsuz əməlləri ifşa edilib.

Belə ki, Bakı şəhər İcra Hakimiyyətinin tərkibində olan Yaşıllaşdırma Müəssisələrinin Baş İstehsalat İdarəsinin əməkdaşı Anar Abbasəliyev və Yaşıllaşdırma Təsərrüfat Birliyinin əməkdaşı Natiq Abbasovun paytaxtda yerləşən iaşə obyektlərinin ərazisindəki ağacların qanunsuz kəsilməsinə köməklik göstərilməsi vədi ilə vətəndaşlardan pul almalarına əsaslı şübhələr müəyyən edilib. Həmçinin, Natiq Abbasov tələb etdiyi pulun bir hissəsini alarkən cinayət başında yaxalanıb.

Hər iki fakt üzrə Baş İdarədə cinayət işləri başlanıb.

Qeyd olunan şəxslər vəzifədən azad edilib. Onlara Cinayət Məcəlləsinin 178.2.3 (qulluq mövqeyindən istifadə etməklə dələduzluq), 32.4, 312.1-ci (rüşvət verməyə təhrik etmə) və digər maddələrlə ittiham elan edilib, barələrində ev dustaqlığı qərarı çıxarılıb.

İstintaq davam etdirilir.

www.yenicag.az

367
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv