!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

V Ağıl Oyunları Festivalı keçiriləcək

!Reklam – Yazi

Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Xəzər İntellektual Gənclər Klubun təşkilatçılığı ilə Azərbaycanda “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə V Ağıl Oyunları Festivalı keçiriləcək.

Yenicag.az xəbər verir ki, festivalın keçirilməsində məqsəd Gənclər siyasətinin önəmli istiqamətlərindən olan intellektual oyunların təşkili, gənclərin asudə vaxtlarının səmərəli keçirilməsi, onların intellektual inkişafının təmin olunması və intellektual oyunlar hərəkatının bütün ölkəni əhatə etməsinin reallaşdırılmasıdır. Festivalda universitet tələbələrindən ibarət intellektual oyunlar üzrə yarışan komandalar iştirak edə bilərlər.

Festival çərçivəsində Bakı, Gəncə, Sumqayıt, Şəki, Quba, İsmayıllı, Ağdaş, Zərdab və Tərtərdə seçim turları təşkil olunacaq. Seçim turlarında ən yaxşı nəticə göstərmiş komandalar V Ağıl Oyunları Festivalının təşkil olunacaq finalına vəsiqə qazanacaq. Festivalın finalı 3 dekabrda, Bakı şəhərində keçiriləcək.

www.yenicag.az

2365
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv