Diqqət! 5 ixtisas ləğv edildi, 2 yeni ixtisas yaradıldı – QƏRAR

Azərbaycanda xüsusi qabiliyyət tələb edən V ixtisas qrupunda 5 ixtisas ləğv edilib, 2 yeni ixtisas yaradılıb, 4 ixtisas əsasında 3 ixtisas formalaşdırılıb.

Yenicag.az-ın məlumatına görə, bu, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nda etdiyi dəyişiklikdə əksini tapıb.

Beləliklə, V ixtisas qrupunda Bədən tərbiyəsi və idman, Solo oxuma, Estrada sənəti, Xalq çalğı alətləri ifaçılığı və Rəqs müəllimliyi ixtisasları siyahıdan çıxarılıb. Dekorativ sənət, Dizayn (təsviri sənət istiqaməti), Dizayn (memarlıq və dizayn istiqaməti) və Məşqçi (idman növü üzrə) ixtisasları əsasında Dekorativ tətbiqi sənət (sahələr üzrə), Dizayn (sahələr üzrə) və Məşqçilik ixtisasları formalaşdırılıb.

V ixtisas qrupuna daxil edilən yeni ixtisasların siyahısında isə Populyar musiqi və caz ifaçılığı (sahələr üzrə) və Vokal sənəti (sahələr üzrə) ixtisasları yer alıb. Beləliklə, son dəyişiklikdən sonra V ixtisas qrupuna aşağıdakı 19 ixtisas daxildir:

1. Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi

2. Musiqi müəllimliyi

3. Təsviri incəsənət müəllimliyi

4. Aktyor sənəti

5. Bəstəkarlıq

6. Dekorativ tətbiqi sənət (sahələr üzrə)

7. Dirijorluq (sahələr üzrə)

8. Dizayn (sahələr üzrə)

9. Heykəltəraşlıq

10. İnstrumental ifaçılıq (sahələr üzrə)

11. Musiqişünaslıq

12. Operator sənəti

13. Populyar musiqi və caz ifaçılığı (sahələr üzrə)

14. Qrafika

15. Rejissorluq

16. Rəngkarlıq

17. Vokal sənəti (sahələr üzrə)

18. Xoreoqrafiya sənəti (sahələr üzrə)

19. Məşqçilik.

2020-ci ildə ali təhsil müəssisələrinə bu yeni ixtisaslarda daxil olmaqla qəbul həyata keçiriləcək:

I qrup

1. Biotexnologiya

2. Aerokosmik mühəndislik

3. Aviasiya təhlükəsizliyi mühəndisliyi

4. Elektrik və elektronika mühəndisliyi

5. Energetika mühəndisliyi

6. Hava nəqliyyatının hərəkətinin təşkili

7. Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi

8. Kommunikasiya sistemləri mühəndisliyi

9. Mədən mühəndisliyi

10. Meliorasiya mühəndisliyi

11. Mexatronika və robototexnika mühəndisliyi

12. Mühəndis fizikası

13. Radiotexnika və telekommunikasiya mühəndisliyi

14. Yerquruluşu və daşınmaz əmlakın kadastrı

15. Nəqliyyatda servis (nəqliyyat növləri üzrə)

16. Sərhəd təhlükəsizliyi və idarəetmə

17. Geologiya və geofizika mühəndisliyi

18. Geomatika və geodeziya mühəndisliyi

19. Zoomühəndislik

20. Hərbi rabitə vasitələri mühəndisliyi

II qrup

1. Beynəlxalq ticarət və logistika

2. Turizm bələdçiliyi

3. Mühasibat ( uçotu və audit çıxarılıb)

4. Turizm işinin təşkili

III qrup

Kitabxanaçılıq və informasiya fəaliyyəti ( əlavə fəaliyyəti onumub)

IV qrup

1. Baytarlıq təbabəti

2. Zoomühəndislik

3. Fizioterapiya və tibbi reabilitasiya

4. Tibb bacısı işi

5. Hərbi tibb

6. Tibb

7. İctimai səhiyyə

8. Biotexnologiya

9. Fizioterapiya və tibbi reabilitasiya

V qrup

1. Populyar musiqi və caz ifaçılığı (sahələr üzrə)

2. Vokal sənəti (sahələr üzrə)

COP29