!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

V Türkiyə-Azərbaycan-Gürcüstan biznes-forumu keçiriləcək

!Reklam – Yazi

Fevralın 17-də Türkiyənin İstanbul şəhərində İqtisadiyyat Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə V Türkiyə-Azərbaycan-Gürcüstan biznes-forumunun keçirilməsi nəzərdə tutulur.

Trend-in AZPROMO-ya istinadən verdiyi məlumata görə, forumda Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev, Türkiyənin iqtisadiyyat naziri Nihad Zeybekçi, Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Giorgi Qaxariya və digər rəsmi və iş adamlarının iştirakı gözlənilir.

Tədbir zamanı Azərbaycan nümayəndə heyətinin üzvləri ikitərəfli görüşlərdə Türkiyə və Gürcüstan iş adamları arasında özlərinə tərəfdaşlar tapmaq və iş əlaqələri qurmaq imkanı əldə edəcəklər.

www.yenicag.az

640
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv