Vağzalda bomba həyəcanı: 3 min sərnişin təxliyyə olundu

174375_res_01Moskvanın üç vağzalına bomba qoyulması xəbəri yayılıb. Bundan sonra vağzallarda olan sərnişinlər təxliyə edilib.

APA-nın məlumatına görə, bu gün günorta saatlarında paytaxtın Kazan, Yaroslavl və Leninqrad vağzallarına bomba qoyulması ilə bağlı anonim məlumat daxil olub.

Hüquq-mühafizə orqanları zəngdən sonra vağzallardan 3 minə yaxın sərnişini və vağzallarda çalışan işçiləri təxliyə ediblər.

 

 

Yenicag.az