!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Vahid Əhmədov: "Məhkəmələrdə problemli kreditlərlə bağlı 200 minə qədər iş var"

!Reklam – Yazi

Millət vəkili problemli kreditlərlə bağlı dövlət başçısına müraciət edib.

Yenicag.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxış edən deputat Vahid Əhmədov problemli kreditlərin, ilk növbədə xarici valyutada olan kreditlərin qaytarılması məsələsini qaldırıb.

Vahid Əhmədovun sözlərinə görə, əhalinin həmin kredit borclarını qaytarmasında ciddi problemlər yaranıb və bu məsələnin həlli üçün addımların atılması zəruridir:

“Son dövrlərdə cənab prezident əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində ciddi addımlar atır və bu, əhali tərəfindən rəğbətlə qarşılanır. Xahiş edərdik ki, cənab prezident əhalinin kredit borclarına da diqqət yetirsin. Mən və deputat həmkarım Əli Məsimli bir neçə dəfə konkret təkliflərlə çıxış etmişik. Hesab edirik ki, məsələnin həlli istiqamətində addımların atılması zəruridir. İnanırıq ki, cənab prezident bizim bu təkliflərimizi nəzərə alıb, əhalinin bu probleminin aradan qaldırılmasına yardım göstərəcək”.

www.yenicag.az

3959
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv