Vahid Əhmədovun geri çəkildiyi dairədə daha bir deputatlığa namizəd qeydə alındı

59 saylı Quba seçki dairəsində Əlabbas Məhərrəmovun deputatlığa namizədliyi qeydə alınıb.

Yenicag.az xəbər verir ki, maraqlı mübarizənin gözlənildiyi 59 saylı Quba seçki dairəsində son günlər ilginc gedişat müşahidə olunur.

Qeyd edək ki, sözügedən seçki dairəsində son 4 çağırış deputat seçilən Vahid Əhmədov iyulun 28-də namizədliyini geri götürüb.

İyulun 29-da isə 2015 və 2020-ci il parlament seçkilərində həmin dairədən deputatlığa namizəd olmuş Əlabbas Məhərrəmovun deputatlığa namizədliyi qeydə alınıb.

Xatırladaq ki, 59 saylı Quba seçki dairəsində YAP-ın namizədi iş adamı Əlibaba Məhərrəmzadədir.

Nəsimi Ələsgərli

COP29