Heç bilməzdim, daşım belə ağırdır
Bəxtim belə biçarədi, fağırdı.
Gedəcəyəm, göylər məni çağırdı,
Daha yerdə qalmaq olmur, əzizim…
Bu məşhur misraları təsadüfən xatırlamadıq.
Poeziya ümmanında hər zaman sevgiylə coşub-çağlayan, həzin misraları ilə könüllərə sığal çəkib, ruhları oxşayan, yaddaşımıza əbədi köçən misraları ilə musiqimizdə ayrıca bir dünyası olan sevilən Xalq şairi Vahid Əzizin doğum günüdür. Doğum günü sevinci ilə qol-boyun olan şair təəssüratlarını Yenicag.az-la bölüşüb.
Yaşdan və yaşlanmaqdan qorxmayan şair, özünün təbirincə desək, “76”nın kürəyini yerə vurdu.
Videonu təqdim edirik:
Cəvahir