Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Vahid Mustafayev də könüllü oldu: Döyüşə tam hazıram! - FOTO

ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev könüllü döyüşmək üçün qeydiyyatdan keçib.

Yenicag.az xəbər verir ki, bu barədə Vahid Mustafayev öz “Facebook” səhifəsində yazıb.

Vahid Mustafayev açıqlamasında bunları qeyd edib:

“Əziz dostlar! Bu gün mən də, sıravi Mustafayev Vahid Fuad oğlu, könüllü olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yasamal İdarəsində qeydiyyata düşdüm!

Fəxr etdim ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış Xidməti Milli Qəhrəman Çingiz Mustafayev adını daşıyan küçədə yerləşir. Adam çox idi, bu dəliqanlıların içində özümü yenə də əsgərlik və keçdiyim müharibələrdəki kimi hiss etdim. Nə gözəldir bu hiss – hər bir kişi üçün! Bir daha xalqımız və gənclərimizlə fəxr etdim!

Vətən sağ olsun! Cənab Ali Baş Komandan! Artıq Sizin əmrinizi gözləyirəm və Döyüşə tam hazıram! Döyüş alnımıza yazılıb”.

Loading...

www.yenicag.az

1614
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100