!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Vahid sadələşdirilmiş vergi dərəcəsinin tətbiqinə başlanıldı

!Reklam – Yazi

Ölkə üzrə vahid sadələşdirilmiş vergi dərəcəsinin tətbiq edilməsinə başlanılır.

Yenicag.az xəbər verir ki, sadələşdirilmiş vergi dərəcəsi bütün ölkə ərazisində 2%-ə endirilir.

Sadələşdirilmiş vergi (məcəllənin 218.4-cü maddəsində nəzərdə tutulmuş fəaliyyətlə məşğul olan və 218.1.2-ci maddəsində göstərilən vergi ödəyiciləri istisna olmaqla) təqdim edilmiş mallara bu verginin ödəyicilərinin malların təqdim edilməsindən, işlərin görülməsindən, xidmətlərin göstərilməsindən əldə etdiyi vəsaitin məbləğindən (ümumi hasilatının həcmindən) və satışdankənar gəlirlərdən 2% dərəcə ilə hesablanacaq.

Qeyd edək ki, bundan əvvəl isə bu vergi Bakı şəhəri üzrə 4%, digər rayonlar və Naxçıvan MR-da 2% təşkil edib.

Həmçinin, ticarət fəaliyyəti ilə məşğul olanlar üçün 6%-lik sadələşdirilmiş vergi ləğv olunur. Belə ki, dəyişikliklə 220.1-1.1 maddə-ticarət fəaliyyəti üzrə 6% ləğv edilir. İctimai iaşə fəaliyyəti üzrə 8%-lik sadələşdirilimiş vergi dərəcəsi isə saxlanılır./Report/

www.yenicag.az

6364
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv