Vahid səhiyyə çağrı mərkəzi yaradılır

Səhiyyə nazirliyinin nəzdində vahid səhiyyə çağrı mərkəzi yaradılacaq.

Yenicag.az-ın məlumatına görə, bunu səhiyyə naziri Teymur Musayev keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, hər bir vətəndaş o çağrı sisteminə müraciət edərək probleminin həllinə nail olacaq.

“Eyni zamanda nazirliyin yeni istifadəyə verilmiş vebsaytı üzərindən də müraciətlər oluna bilər və dərhal cavablandırılacaq”, – deyə T.Musayev bildirib.

COP29