Vaksinasiya ilə bağlı son durum

Azərbaycanda son sutkada 424 nəfər vaksinasiya olunub.

Yenicag.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Gün ərzində birinci doza vaksinlərin sayı 103, ikinci doza vaksinlərin sayı 96 təşkil edib.

Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 190-dır. Pozitiv nəticədən sonra buster doza vaksinlərin sayı 35 olub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 915 808 olub.