“Vaksindən sonra allergiya yarandı”

Türkiyəli müğənni Demet Akalın koronovirus əleyhinə peyvənd vurdurduqdan sonra allergiyasının yarandığını deyib.

Yenicag.az xəbər verir ki, sənətçi bununla bağlı sosial şəbəkədə paylaşım edib:

“Vaksindən sonra günəş allergiyası yarandı. Dəhşətdir. Gecənin bu saatı oldu, hələ də yuxum yoxdu”.