“Azərbaycan dünyada vaksinlə bağlı məsələləri araşdırır”.
Yenicag.az xəbər verir ki, bunu Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.
Hikmət Hacıyev qeyd edib ki, vaksinlərin istifadəyə verilməsi və ya bir sıra məsələlər gündəmdə saxlanılır:
“Vaksinlərdən istifadə ilə bağlı müəyyən şirkətlərlə əlaqələr saxlanılır.Müəyyən alt fəsadlara yol verməyən vaksinlərin hazırlanmasına maraq var. Bu baxımdan özünü effektiv şəkildə doğrultmuş və alt nəticələrə yol verilməyən vaksinlərlə bağlı araşdırmalar aparılır. Xarici ölkələrlə də bu məsələ müzakirə edilir”.
Gülşən Şərif