Vaksinlərin infarkta yol açması parlament gündəmində – Deputatdan səhiyyə nazirinə SƏRT SUAL

COVID-19 əleyhinə vurulan vaksinin infarkta yol açıb-açmaması Türkiyə Böyük Millət Məclisinin (TBMM) gündəminə daşınıb.

Yenicag.az xəbər verir ki, müxalifətdəki İYİ Partiyadan olan deputat Mehmet Mustafa Gürban ölkənin səhiyyə naziri Fəxrəddin Qocanın cavablaması üçün parlament rəhbərliyinə 5 sual ünvanlayıb.

Koronavirus pandemiyasından sonra neçə vətəndaşın infarkt keçirdiyi, onlardan neçəsinin vaksin olunduğu, infarktların vaksinlə bağlantılı olub-olmadığı kimi suallar verib və nazirin cavablandırmasını tələb edib.