Valeh Hüseynov vəzifədən azad edildi

Milli Hematologiya və Transfuziologiya Mərkəzinin icraçı direktoru Valeh Hüseynov vəzifəsindən azad edilib.

Səhiyyə Nazirliyindən Yenicag.az-a bildirilib ki, o öz ərizəsi ilə işdən ayrılıb.

Məlumata görə, hələlik onun yerinə təyinat olmayıb.

Qeyd edək ki, V.Hüseynov bu vəzifədə 2017-ci ildən çalışırdı.

COP29