Valideynin 100 manat cərimələnməsi ləğv edildi

401312022Orta təhsil üzrə dərs gününün şagird tərəfindən bir ay ərzində 7 gündən çox buraxılmasına görə valideynlər və ya onları əvəz edən şəxslər yüz manat məbləğində cərimə edilməyəcək.

Milli Məclisin bugünkü plenar iclasında İnzibati Xətalar Məcəlləsinin 189.2-ci maddəsinin ləğv edilməsi müzakirəyə çıxarılıb.

Həmin maddə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi səbəblər istisna olmaqla, dünyəvi icbari ümumi оrta təhsil üzrə dərs gününün şagird tərəfindən bir ay ərzində 7 gündən çox buraxılmasına görə valideynlərin və ya onları əvəz edən şəxslər yüz manat məbləğində cərimə edilməsini nəzərdə tutur.

Dəyişiklik layihəsi səsverməyə qoyularaq qəbul edilib.