Valideynlə müəllim arasında mübahisə ÖLÜMLƏ BİTDİ

Bakıda müəllimlə valideyn arasında mübahisə ölümlə nəticələnib.

Yenicag.az-ın Oxu.Az-a istinadən məlumatına görə, hadisə bir neçə gün öncə 25 nömrəli məktəbdə baş verib.

Belə ki, təhsil müəssisəsinin Azərbaycan dili müəllimi Xeyransa Karakovanın mübahisə zamanı halı pisləşib və komaya düşüb.

O, 2 gün komada qalıb. Ötən gün 55 yaşı olmuş müəllim bu gün müalicə aldığı xəstəxanada vəfat edib.