!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Valideynlər direktoru, direktor isə müəllimləri hədəf göstərir – 145 saylı SKANDAL

!Reklam – Yazi

45353543Nizami rayon 145 nömrəli tam orta məktəbdə yaşananlar diqqət mərkəzimizdədir. Xəbər verdiyimiz kimi, bir neçə gün öncə Yenicag.az-a şikayət ərizəsi ilə müraciət edən valideynlər məktəbin yeni direktorunun onları övladlarını zorla məktəbdən çıxarmağa məcbur etdiklərini iddia ediblər.

Onların sözlərinə görə, “direktor 2009 və 2014-cü illərdə “İlin ən yaxşı məktəbi” adına layiq görülmüş bu təhsil müəssisəsində zəif şagird görmək istəmir. Bunun çıxış yolunu isə gəncləri elmi sevdirməkdə deyil, onları məktəbdən qovmaqda görür. nisbətən zəif bilənlərin məktəbdən çıxmayacaqları təqdirdə, sinifdə saxlanılacağını bildirib. O, “mənim məktəbimə gəlməyin” deyərək, şagirdləri göz görə-görə davamiyyətsizliyə məcbur edir”.

Əjdər Ağayev: “Mövcud qaydalarda direktorun şagirdi məktəbdən xaric etməsi şərti yoxdur”

Görəsən, direktorlar dərslərdən zəif nəticələr göstərən şagirdləri məktəbdən xaric etmək səlahiyyətinə malikdirlərmi? Və yaxud zəif oxuduğu üçün məktəbdən çıxmasını istəmək hüququ varmı? Qanunvericilikdə əsas hansı meyarlar olaraq davamiyyət, yoxsa şagirdin  necə oxuması götürülür?

Bu məsələ ilə bağlı Yenicag.az-a açıqlamasında Azərbaycan Təhsil Şurasının sədri Əjdər Ağayev bildirdi ki, məktəb direktorunun şagirdi məktəbdən qovmaq səlahiyyəti yoxdur: “Şagirdin məktəbdən çıxarılması qaydaları var. Burada yazılıb ki, şagird məktəbdə öz davranışında kobudluğa yol verərsə və əməlində cinayət xarakterli hərəkət olarsa, bu halda o məktəbdən qovula bilər. Digər hallarda o məktəbdən xaric edilə bilməz. Şagird qeyri-kafi qiymət alıbsa, o sinifdə qalır və yaxud payızda təkrar imtahan verir. Ona görə də mövcud qaydalarda direktorun şagirdi məktəbdən xaric etməsi şərti yoxdur. Amma bəzi liseylər var ki, uşağı xahiş və başqa qaydalarla qəbul edib, 3-4 il oxuda bilmədikdən sonra onu məktəbdən xaric edirlər. Bu da qeyri-qanuni yoldur. Pedoqoji tələblərdə nəzərdə tutulan odur ki, uşaq yalnız davranış və hərəkətinə görə cavabdehdir. Təlim fəaliyyəti, yəni biliyinə görə də öz qiymətlərini alır, bu qiymətlər kafidən aşağıdırsa, sinifdə və yaxud payıza saxlanılır. Bununla bağlı məktəbdən xaric etmə tələbi isə yoxdur”.

Həmsöhbətimiz onu da qeyd etdi ki, qanunvericilikdə şagirdin davamiyyəti, o cümlədən aldığı qiymətlər də əsas götürülür: “Şagird məktəblidirsə, davamiyyəti də normal olmalıdır. Məsələn, ali məktəblərdə gəldiyi günlərin 20 faizi qədər davamiyyət normal deyilsə, ona güzəşt edirlər. Amma bircə saat bu müddətdən keçdisə, tələbə kursda qalmalıdır.

Şikayətlərin ardı kəsilmir…

Ekspertin də dediyi kimi, direktorun kimsəni məktəbdən xaric etmə və ya məktəbi dəyişmək təklifi etmək səlahiyyəti yoxdur. Lakin reallıq onu deyir ki, Azərbaycanın bir sıra məktəblərində xüsusilə 9-cu sinifi bitirən və zəif oxuyan uşaqlara qarşı belə bir diskriminasiya siyasəti aparılmaqdadır. Məktəblərə çağrılan valideynlərə uşaqlarını peşə məktəblərinə qoymaq və məktəbdən getmələri tələb olunur. Analoji halın 145 saylı məktəbdə daha şiddətli şəkildə yaşandığı bildirilir. Məlumata görə, artıq bir sıra valideynlər direktorun təhdidlərinə tab gətirməyərək, uşaqlarını məktəbdən çıxarıblar. Tədris ilinin sonunda 5 valideynin analoji addımı atdığı bildirilir.

Direktor müəllimlərlə qarşı-qarşıya…

Məsələ ilə bağlı danışan direktor Laləndər Hasilova isə tamamilə başqa skandalı üzə çıxarmağımıza səbəb oldu. Belə ki, haqsızlığa uğradığını bildirən direktor köhnə rəhbərliyi və müəllim kollektivini suçladı.

Şikayətin heç bir əsası olmadığını bildirən direktor “Məktəbdə vəziyyət burada yazılanların  tam əksidir.  Orada deyilir ki, guya mıənim direktor olmağımla davamiyyət zəifləyib. Amma əksinə,  davamiyətin yaxşılaşması istiqamətində ciddi işlər görmüşük.  Aylarla, illərlə dərsə gəlməyən uşaqlar aşkarlanıb, dərsə gətirilib. Bu zaman  isə bəzi sinif rəhbərləri və müəllimlər tərəfindən ciddi müqavimətə rast gəldim.  Əvvəlki rəhbərlik tərəfindən bu hallara göz yumulur, uşaqlar aylarla evdə oturaraq dərsə gəlmirdi.  Arada mənə təzyiqlər də oldu, rüşvət də təklif olundu. Bu müqavimətlərə dözdüm,  amma dediyimi də dedim.  Nəticədə yuxarı siniflərdə oxuyan 5-6 uşaq başqa məktəblərə getdi ki, öz işlərini davam etdirsinlər”.

“Yəni, uşaqların başqa məktəblərə getməsi xəbərini təsdiqləyirsiniz” sualına Laləndər Hasilova “Mən demişəm ki, uşaqlar dərsə gəlməlidir, amma gəlmirdilər, buna baxmayaraq qiymətləri də yazılırdı.  Bu fonda haqlı tələbimə baxmayaraq valideynlər  təzyiq göstərdilər.  Onlara bildirdim ki, məktəbdə intizamın əsası davamiyyətdən başlamalıdır.  Gələn kimi bütün siniflərlə valideyn iclasları keçirdim. Başa saldım ki, uşaqlar hökmən dərsə gəlməlidirlər.  Bir ay gözlədim. Sonra başladıq yoxlamağa.  Gəlməyənlərin siyahısı tutulur, yenə də evlərinə zəng edir, bir-bir çağırıb arayışları yoxlanılırdı ki, kim onlara bu arayışları  verib. Yəni davamiyyətin bərpası üçün burada bu qədər iş görüldüyü halda,  bəzi sinif rəhbərləri sizə tamamilə yanlış informasiya verib.  Məktəb müdriyyətinin ildə 2 dəfə bilik səviyyəsini yoxlamaq üçün bütün siniflər üzrə, bütün fənlərdən monitoring keçirmək hüququ  var. Apreldən may ayına qədər monitorinqlər keçirdik.  Nəticə dəhşətli vəziyyət aşkarlandı.  Birinci yarım ilin monitorinqi mənsiz keçirilmişdi.  Onunla indiki monitorinqin nəticəsini müqayisə edəndə böyük fərqlər alındı. Dörd, beşlə oxuyan uşaqların hərəsinin 7-8 iki qiyməti var.  İlin sonunda valideynlərlə  sinif rəhbərlərini yığıraq 7-10 fəndən iki alan uşaqları çağırıb onlara  yuxarı siniflərdə oxumalarının çox ağır olacağını izah etməyi  tövsiyyə etdim.  Qaydalara görə 1-3 fəndən iki qiymət alan payıza qalır. 3 fəndən artıq ikisi olan isə təkrarın həmin sinifdə oxumalıdır.  Amma bu buraxılış siniflərinə şamil edilmir.  XI sinifi buraxırıq, ancaq IX sinifi buraxsaq  da aldıqları bütün qiymətləri kimi iki qiyməti də şəhadətnaməyə yazmalıyıq. Bu fonda IX siniflər üsyan etdi ki, aldıqları iki qiymətləri yazılmasın. Niyə yazılmasın, yazılmalıdır.  Burada qanunsuz heç bir iş görmürəm”.

Nazim/Yenicag.az

Mövzu diqqətimizdədir…

www.yenicag.az

1131
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv