Mütəxəssislər saatlarla ekran qarşısında oturan uşaqların valideynlərinə tənqidi xəbərdarlıq edib.
Yenicag.az uşaqların telefondan çox istifadə etməsinin təhlükələri ilə bağlı araşdırmanı oxuculara təqdim edir. Araşdırma Avropa Kardiologiya Cəmiyyətinin (ESC) saytında dərc edilib.
Tədqiqat təəccüblü bir faktı üzə çıxarıb. Uzun müddət telefona baxmaq uşaqların və gənclərin hərəkətsizliyi ürəyin zədələnməsinə səbəb ola bilər.
11, 15 və 24 yaşlı 766 uşağın hərəkət izləyiciləri ilə təchiz edilmiş smart saatlarla bir həftəlik oturaq vaxtları izlənilib. 17 və 24 yaşlarında olan işitrakçıların exokardioqrafiya adlanan ultrasəs müayinəsi ilə ürəyindəki sol mədəciyin çəkisi ölçülüb.
İştirakçıların yaş, cins, qan təzyiqi, bədən yağı, siqaret, fiziki fəaliyyət və sosial-iqtisadi vəziyyət kimi əlaqələrə təsir edə biləcək faktorları tənzimlənib. Daha sonra həmin uşaqlardan əldə edilən ürək ölçülərini 11-24 yaşlar arasında oturaq vəziyyətdə keçirdikləri vaxtla müqayisə edilib.
İştirakçıların 11 yaşında keçirdikləri təxminən 6 saat oturaq vaxtın 24 yaşında təxminən 9 saata yüksəldiyi müəyyən edilib.
Tədqiqatçılar 11-24 yaş arasında oturaq vəziyyətdə keçirdikləri hər dəqiqənin sol mədəciyin çəkisinin artmasına səbəb olduğunu ortaya çıxarıblar. Ağır ürək isə infarkt və insult ehtimalını artırır.
Uşaqların və gənclərin uzunmüddətli perspektivdə sağlamlıqlarına diqqət yetirmək lazımdır. Onları aktiv saxlamaq üçün gəzintiyə çıxarmaq, sosial media və video oyun vaxtlarını məhdudlaşdırmaq mütləqdir.
Nəsimi Ələsgərli