!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Valideynlərin DİQQƏTİNƏ: Alimentlə bağlı CƏZALAR BUNLARDIR

!Reklam – Yazi

“Təbii ki, valideynlər boşandıqdan sonra alimentin ödənilməməsi, məhkəmə qərarını icra edilməməsi, cinayət və inzibati məsuliyyəti yaradır”.

Bu sözləri Yenicag.az-a açıqlamasında hüquqşünas Elşad İsayev deyib.

Onun sözlərinə görə, aliment ödənilməsi barədə valideynlər arasında razılıq olmadıqda, uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay müxtəlif miqdarlarda aliment tutulur.

“Belə ki, 1 uşağa görə qazancın və ya valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 2 uşağa görə qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 3 və daha çox uşağa görə qazancın (başqa gəlirlərin) yarısı nəzərdə tutulur. Təbii ki, bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər”, – deyə o qeyd edib.

Hüquqşünas məhkəmə qərarının qanunlarına əməl etməyən valideynlərin məhkəmə tərəfindən cəzalandırılmasından da danışıb:

“Nəzərdə tutulmuş qanunlara əməl etməyən valideynlər Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçiliyə görə iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır”.

“Tərəflərdən hər biri ilə uşaq qalıbsa, maddi imkanı yüksək olan valideyndən digərinin xeyrinə hər ay tutulan alimentin miqdarı məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. Hər iki valideynin himayəsindən məhrum olmuş uşaqlara görə aliment yuxarıda qeyd edilənlərə uyğun olaraq hər iki valideyndən tutulur və uşağın qəyyumuna (himayəçisinə) və ya himayədar valideynlərə (atalığa, analığa) ödənilir.

Belə uşaqlar sosial xidmət müəssisələrinə yerləşdirilsə, onların valideynlərindən tutulan aliment həmin müəssisələrin hesabına keçirilir və hər bir uşağın özünə xərclənir. Bu müəssisələr həmin məbləğləri bankda saxlaya bilər. Məbləğlərin dövriyyəsindən alınan gəlirin 50 faizi uşaqların saxlanmasına sərf olunur. Uşaq bu müəssisələri tərk etdikdə aliment məbləğlərinin cəmi və alimentin dövriyyəsindən əldə olunan gəlirin 50 faizi uşağın adına bankda açılan hesaba köçürülür” – deyə o, söyləyib.

“Valideynlər, həmçinin əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlarını saxlamağa da borcludurlar. Bu baxımdan, aliment ödənilməsi barədə saziş olmadıqda, əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladların saxlanması üçün alimentin miqdarı məhkəmə tərəfindən bəzi məqamlar nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir”, – deyə o, fikirlərini yekunlaşdırıb.

Mayıl Soltanov

www.yenicag.az

241
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv