!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Valideynlərin nəzərinə – İş saatı azaldılacaq

!Reklam – Yazi

photo_8640Azərbaycanda 3 yaşınadək uşaqlarını təkbaşına böyüdən valideynlərə qısaldılmış iş vaxtı rejimi şamil edilə bilər.

AzVision.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında bununla bağlı Əmək Məcəlləsinə yeni dəyişikliyin edilməsi təklif edilib.

Məcəllənin hazırkı variantına əsasən, qısaldılmış iş vaxtının müddəti həftə ərzində 16 yaşınadək işçilər üçün 24 saatdan, 16 yaşdan 18 yaşadək işçilər və I, II qrup əlil olan işçilər, həmçinin hamilə və yaşyarımadək uşağı olan qadınlar üçün 36 saatdan artıq olmamalıdır. Məcəlləyə dəyişikliyin edilməsini nəzərdə tutan yeni layihəyə əsasən isə qısaldılmış iş vaxtı yuxarıda adı sadalanan kateqoriyadan olan insanlarla yanaşı, 3 yaşınadək uşağını təkbaşına böyüdən valideynlərə də şamil olunacaq.

Layihədə qeyd edilir ki, belə valideynlər üçün qısaldılmış iş vaxtının müddəti həftə əzində 36 saatdan artıq olmamalıdır. Əmək Məcəlləsinə təklif olunan dəyişiklik iş şəraitinin ailə öhdəlikləri ilə uzlaşdırılması üçün onlara qısaldılmış iş vaxtının müəyyən edilməsi və bu zaman əmək haqqının bütöv saxlanılması, uşağa qulluqla bağlı problemlərinin qismən də olsa həll edilməsi məqsədi daşıyır.

Dəyişiklik səsverməyə çıxarılaraq qəbul edilib.

www.yenicag.az

556
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv